XƏBƏRLƏR / Dünya

Zelenski: “İran Ukrayna və İsrailin ortaq düşmənidir”

Bunu Ukrayna prezidenti İsrailin xarici işlər naziri Eli Koenlə görüşdə bəyan edib

Zelenski: “İran Ukrayna və İsrailin ortaq düşmənidir”
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “İran Ukrayna və İsrailin ortaq düşmənidir” – Zelenski

    Ukrayna prezidenti Vladimir Zelenski İsrailin xarici işlər naziri Eli Koenlə görüşündə İranı iki ölkənin “ortaq düşməni” adlandırıb.

    Zelenski həmçinin bildirib ki, o, Koenlə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini, həmçinin Ukraynada hava hücumundan müdafiə sistemlərinin qurulmasını müzakirə ediblər.