XƏBƏRLƏR / Dünya

Rusiya, Suriya, Türkiyə və İran XİN rəhbərləri Moskvadadır

Suriyada sülhün nizamlanmasına dair danışıqlar gedir

Rusiya, Suriya, Türkiyə və İran XİN rəhbərləri Moskvadadır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici İşlər Nazirliyinin Qəbul Evinin salonlarından birində Suriyada sülhün nizamlanmasına dair danışıqlar aparır. TASS-ın müxbiri xəbər verir ki, çərşənbə günü Moskvada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirləri - Sergey Lavrov, Faysal Mikdad, Mövlud Çavuşoğlu və Hüseyn Əmir Abdullahianın dördtərəfli görüşü başlayıb.

    Mövlud Çavuşoğlu bu görüş ərəfəsində həmkarları ilə digər məsələlərlə yanaşı suriyalı qaçqınların vətənlərinə qayıtması, həmçinin terrorla mübarizəni də müzakirə edəcəyini gözlədiyini bildirib.

    Aprelin əvvəlində Rusiya paytaxtında dörd ölkənin diplomatik idarələrinin rəhbər müavinləri arasında texniki məsləhətləşmələr keçirilib. Onlar Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına töhfə verməli olan bu nazirlər görüşünün tarixini və məzmununu işləyib hazırlamağa çağırılıb. Ankara ilə Dəməşq arasında münasibətlər 2011-ci ildə Ərəb Respublikasında münaqişə başlayandan sonra kəskinləşib. Eyni zamanda Türkiyəyə suriyalı qaçqın axını başladı və iki ölkə arasında diplomatik əlaqələr kəsildi. TASS-a şərhində Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Rusiyanın bu məsələdə vasitəçilik missiyasının “ümumi uğura” çevriləcəyinə ümid etdiyini bildirib.