Son 10 ildə 1300-dən çox jurnalist öldürülüb
Bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk bildirib
Son 10 ildə dünyada 1300-dən çox jurnalist peşə borcunu yerinə yetirərkən öldürülüb. Bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk bildirib. "Jurnalistlərin təhlükəsizliyi xüsusi bir məsələyə çevrilib. Son 10 ildə 1300-dən çox jurnalist bizim diqqəti xüsusilə ürəkağrıdan vəziyyətlərə (insan hüquqlarının pozulması ilə bağlı) cəlb etməyimizi istədikləri üçün öldürülüb. Nəticə etibarı ilə onlar qorunmadı”, - deyə V.Turk Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.