“BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir"
Bunu İlham Əliyev Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib
Yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.
Öz çıxışında İlham Əliyev BMT-də zəruri islahatların vacibliyinə toxunuub:
“BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir.
İslam Əməkdaşlıq Təşkilatının üzvünə bir daimi yer verilməlidir. İƏT özü bu namizədi məsləhətləşmələr əsasında irəli sürməlidir. Daha bir daimi yer Qoşulmama Hərəkatına verilməli və bu yer Qoşulmama Hərəkatının Sədri tərəfindən tutulmalıdır.
Ədalətli olacaq. İkinci Dünya Müharibəsindən 80 ilə yaxın vaxt keçdikdən sonra dünya dəyişdi və bu dəyişikliklər sürətlə davam edir.
İnanıram ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət edəcək”.