XƏBƏRLƏR / Dünya

ABŞ BMT-yə ödənişləri dayandırıb

Bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib

ABŞ BMT-yə ödənişləri dayandırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Trampın administrasiyası təşkilatda islahatların aparılmasını gözlədiyi üçün BMT-yə ödənişləri müvəqqəti dayandırıb.

    Bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Breitbart News"a açıqlamasında deyib.

    Onun sözlərinə görə, ABŞ-ın təzyiqi altında BMT-nin Baş katibi Antonio Quterres dünya təşkilatının büdcəsini 15% azaltmağa razılaşıb ki, bu da heyətin 18% və sülhməramlıların 25% ixtisarına səbəb olur.