XƏBƏRLƏR / Dünya

Türkiyə kəşfiyyatının rəhbəri Liviyaya səfər edib

Ankara və Tripoli gələcək əməkdaşlığa hazırdır

Türkiyə kəşfiyyatının rəhbəri Liviyaya səfər edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Liviyanın paytaxtı Tripoliyə səfər edib və burada Afrika ölkəsinin liderləri ilə danışıqlar aparıb.

    Sentyabrın 5-də səfər çərçivəsində Liviyanın Baş naziri Abdelhamid Dbeyba və bu ölkənin Dövlət Şurası başçılarının müavinləri Abdullah Lavi və Musa Koni Kalını qəbul ediblər.

    Bundan əlavə, kəşfiyyat xidmətləri səviyyəsində də müzakirələr aparılıb.

    Ankaradakı mənbələrin məlumatına görə, danışıqların gündəmində siyasi və hərbi məsələlər olub.

    Kalın Liviyada milli barışığın tezliklə əldə olunmasına və həmrəylik mühitinin qorunub saxlanmasına ümid etdiyini bildirib.

    MİT rəhbəri Liviyada sabitlik və sülhün vacibliyini vurğulayıb və Ankaranın Tripoli ilə gələcək əməkdaşlığa hazır olduğunu qeyd edib.

    Qeyd edək ki, sentyabrın 4-də Ankarada Türkiyə və Misir liderləri arasında keçirilən danışıqlarda da Liviyadakı vəziyyət müzakirə olunub.