XƏBƏRLƏR / Dünya

Suriyada yeni pul dövriyyəyə buraxılıb

Pullarda ölkənin kənd təsərrüfatı simvolları əks olunub

Suriyada yeni pul dövriyyəyə buraxılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın birindən Suriya funtu yeni dizaynda dövriyyəyə buraxılıb.

    Yeni pulun nominalı 10-500 funt arasında dəyişir. Pullarda ölkənin kənd təsərrüfatı simvolları – zeytun, taxıl, naringi və Dəməşq qızılgülü əks olunub.

    Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başladıqdan sonra funt ciddi dəyər itirib. Transaksiyaları asanlaşdırmaq üçün yeni valyutada 2 sıfır atılıb.

    Pulların harada çap edildiyi barədə məlumat verilmir.