Tramp: Məhkum olunsam belə...
Bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerikanın “Politico” qəzetinə müsahibəsində bildirib
Məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı təqsirli bilinsəm belə, ölkədə ən yüksək dövlət postu uğrunda mübarizədə iştirakdan imtina etmək niyyətində deyiləm.
Bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerikanın “Politico” qəzetinə müsahibəsində bildirib.
“Mən heç vaxt mübarizəmi tərk etməyəcəyəm. Baxın, mən getmək istəsəydim, 2016-cı ildə ilkin prezidentlik yarışından əvvəl çıxıb gedərdim. Çətin idi. Nəzəri cəhətdən mümkün deyildi”, - deyə keçmiş ABŞ lideri qeyd edib.
Nəşrin qeyd etdiyi kimi, respublikaçıya qarşı irəli sürülən ittihamlar onun Ağ Ev uğrunda mübarizədə iştirakını mümkünsüz etmir.