Pekində təntənəli paraddan yeni təsvirlər yayılıb
Parad 2-ci Dünya müharibəsinin başa çatmasının və militarist Yaponiya üzərində qələbənin 80 illiyi münasibətilə keçirilir

05:06
Pekində İkinci Dünya müharibəsinin başa çatmasının və militarist Yaponiya üzərində qələbənin 80 illiyi münasibətilə təntənəli parad keçirilib.
VİDEO
Prezident İlham Əliyev və digər dünya liderləri Çin paytaxtının Tiananmen meydanında keçirilən parada baxıblar.
Paradda 1000-dən çox musiqiçi 14 cərgədə əyləşəcək. Onlar 1931-ci ildə Yaponiyanın Mançuriyaya hücumundan sonra Çinin müqavimətini hər il simvollaşdırır.
Paradda 10 mindən çox hərbi qulluqçu, həmçinin 100-dən çox təyyarə və yüzlərlə quru silahı iştirak edib.