XƏBƏRLƏR / Dünya

Eyfel qülləsi bağlandı

İşçilər tətil elan edib

Eyfel qülləsi bağlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Parisdə yerləşən məşhur Eyfel qülləsinin işçiləri tətil elan ediblər.

    Onlar qüllənin yaradıcısı Qustav Eyfelin ölümünün 100-cü ildönümündə abidənin saxlanılması üçün vəsait çatışmazlığı ilə üzləşdiyini bildiriblər.

    Tətil səbəbindən qüllə turistlər üçün bağlanıb.

    İşçilər qeyd edib ki, pandemiyadan sonra ziyarətçilərin sayında ciddi azalma olub. Belə ki, qülləyə ildə 7 milyon nəfər ziyarət edirdisə, indi bu rəqəm 5.9 milyona düşüb.