XƏBƏRLƏR / Dünya

Makron istefa verməyəcəyini bəyan etdi

“Demokratik şəkildə mənə həvalə etdiyiniz mandat beş ildir"

Makron istefa verməyəcəyini bəyan etdi
Emmanuel Makron
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər Fransa prezidenti olaraq qalacağını bildirib.

    Xarici KİV xəbər verir ki, Makron hökumətin istefasına baxmayaraq, özü vəzifəsini tərk etmək fikrində olmadığını bir daha bəyan edib.

    “Demokratik şəkildə mənə həvalə etdiyiniz mandat beş ildir. Mən bunu sona qədər tam şəkildə həyata keçirəcəyəm”, – Makron hökumətin istefasından sonra fransızlara müraciətində deyib.

    Onun müraciəti Yelisey sarayının "X"-dəki rəsmi hesabında verilib.

    Yelisey Sarayının məlumatına görə, Fransa Prezidenti dekabrın 6-da yeni baş nazirin namizədliyi ilə bağlı partiyalarla məsləhətləşmələr aparacaq.

    Çərşənbə günü deputatların əksəriyyəti Fransanın Baş naziri Mişel Barnyeyə etimadsızlıq səsverməsinin lehinə çıxış edib. 577 deputatdan 331-i ona etimad göstərməyib.

    Cümə axşamı Barnie istefa ərizəsini təqdim edib və Makron onunla razılaşıb. Fransa hökuməti 1962-ci ildən sonra ilk dəfə buraxılıb. Hökumət cəmi 90 gün işlədi və bu ölkə tarixində ən qısa müddətdir.

    Müxalifət dərhal Makronun özünü istefaya çağırıb.