XƏBƏRLƏR / Dünya

Beyrutda Suriya vətəndaşı ABŞ səfirliyinə atəş açıb

Son məlumata görə səfirliyə 4 silahlı hücum edib YENİLƏNİB

Beyrutda Suriya vətəndaşı ABŞ səfirliyinə atəş açıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:20

    ABŞ-ın Beyrutdakı səfirliyinə İslam Dövləti terror qruplaşması ilə əlaqəsi olan 4 silahlı hücum edib. Sky News Arabia xəbər verir ki, bunu Livan təhlükəsizlik qüvvələri aşkarlayıb.

    Sky News Arabia telekanalının məlumatına görə, yaraqlılardan biri yaraqlıları Beyrutun ətrafı Avkar qəsəbəsinə çatdıran pikap maşını idarə edirdi. Digəri isə diplomatik nümayəndəliyin ərazisinə atəş açması nəticəsində məhv edilib. Daha bir terrorçu yaralanaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb, bundan sonra o, müalicə üçün xəstəxanaya aparılıb.

    Ehtimal olunur ki, bir terrorçu cinayət yerindən qaçıb. Livan hərbçiləri ABŞ səfirliyinin ərazisini mühasirəyə alıb və Avkarda yaraqlını axtarır. Tripolinin şimal magistralında avtomobillər yoxlanılır.

    ***

    İŞİD terrorçuları ilə əlaqəsi olan Suriya vətəndaşı ABŞ-ın Livanın paytaxtı Beyrutdakı səfirliyinin binasına atəş açıb.

    Livan hərbçiləri cavab atəşi açaraq hücumçunu yaralayıb. O, saxlanılıb.

    Livan ordusunun bəyanatında deyilir: "Livanın paytaxtı Beyrutun Aukar rayonunda Suriya vətəndaşı ABŞ səfirliyinə atəş açıb. Ətrafdakı hərbçilər atəş açan şəxsə müdaxilə edib. Nəticədə təcavüzkar yaralandı, tutulan təcavüzkar müalicə üçün xəstəxanaya göndərildi".

    Bəyanatda hücumun həqiqətinin üzə çıxarılması istiqamətində işlərin aparıldığı da bildirilib.

    ABŞ-ın Beyrutdakı səfirliyi hücumdan sonra açıqlama verərək, əməkdaşlarının təhlükəsiz olduğunu açıqlayıb.

    Hücumun saat 08:34-də səfirliyin girişində baş verdiyini bildirən səfirlik, “Livan Silahlı Qüvvələrinin, daxili təhlükəsizlik qüvvələrinin və səfirliyin təhlükəsizlik bölməsinin sürətli müdaxiləsi sayəsində diplomatik nümayəndəlik və əməkdaşları təhlükəsizdir" bəyan edib.