Məryəm N.Şərif Pakistanın Pəncab əyalətinin baş naziri oldu
O, Pakistanın sabiq baş naziri Məhəmməd Nəvaz Şərifin qızıdır
Pakistan Müsəlman Liqasının yüksək vəzifəli funksioneri Məryəm Nəvaz Şərif Pəncab əyalətinin baş naziri seçilib.
"GeoTV" telekanalının yaydığı məlumata görə, Pakistanın sabiq baş naziri Məhəmməd Nəvaz Şərifin qızı əyalətin qanunvericilik məclisinin 327 deputatından 220-nin səsini alıb. Onun rəqibi olan Vahid Sünni Şurası partiyasının təmsilçisi Rəna Aftab Əhməd Xanın namizədliyini isə qanunverici orqanın yalnız 103 deputatı dəstəkləyib.