XƏBƏRLƏR / Dünya

Çin hava şarlarının köməyilə 40 ölkədə casusluq edir

Bu barədə cümə axşamı ABŞ hökuməti bildirib

Çin hava şarlarının köməyilə 40 ölkədə casusluq edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bir neçə gün ABŞ üzərində uçan Çinin casus şarı kəşfiyyat məlumatlarını toplamaq imkanlarına malik olub və beş qitədə 40 ölkəyə qarşı aparılan casus layihəsinin bir hissəsi olub. Bu barədə cümə axşamı ABŞ hökuməti bildirib, Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.

    Rəsmi şəxslərin sözlərinə görə, ötən həftə ABŞ üzərində uçan hava şarınını bir neçə antenası, o cümlədən kəşfiyyat məlumatlarının toplanması avadanlığı və datçiklərin qidalanması üçün güclü günəş panelləri olub.

    Dövlət Departamentinin mətbuat katibi Ned Prays ABŞ-dan başqa daha hansı ölkələrin müşahidə altına düşdüyünü açıqlamayıb, ancaq bunun "bir neçə il" davam etdiyini təsdiqləyib.

    "Mən bu ölkələrin adını çəkməyəcəm",- o, konkret hansı ölkələrdən söhbətin getməsilə bağlı Turan müxbirinin sualına cavab olaraq deyib.

    Dövlət Departamenti həmçinin bildirib ki, casus layihəsi Çin ordusunun nəzarəti altında həyata keçirilir, ordu hava şarı və müşahidə qurğuları istehsalçıları ilə birbaşa işləyir. Sonra onları bütün dünyaya yayırlar. Vaşinqton Çinə qarşı "cəza tədbirlərini" nəzərdən keçirəcək.