HƏMAS-ın müvəqqəti rəhbərinin adı məlum olub
Bu barədə İsrail mətbuatı məlumat yayıb
HƏMAS-a müvəqqəti rəhbərlik edəcək şəxsin adı məlum olub.
Bu barədə İsrail mətbuatına təşkilata yaxın mənbələrdən məlumat sızdırılıb.
Qeyd olunub ki, bu vəzifəni Xalid Məşəl icra edəcək.
Məşəl 1956-cı ildə İordaniyanın idarə etdiyi Qərb Sahilində Silvadda anadan olub.
1974-cü ildə Küveyt Universitetinə daxil olub. 1977-ci ildə Fələstin Tələbələrinin Ümumi Birliyinə (GUPS) seçkilərdə İslam Ədaləti siyahısına başçılıq edib.
1984-cü ildən sonra özünü "Həmas"a həsr edib.