Üç İsrail vətəndaşı terror aktı planlaşdırırmış
Bu barədə İsrail mediası xəbər verir
İsrailin Təhlükəsizlik Xidməti və polis orqanları İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən üç israillinin saxlanılması üzrə əməliyyat keçirib.
İsrail mediası xəbər verir ki, saxlanılan şəxslər İsraillə Fələstin arasında silahlı toqquşma fonunda terror aktı təşkil etməyi planlaşdırmaqda şübhəli bilinirlər. Saxlanılanların hər üçü İsrailin şimalında yerləşən Sahnina və Arrabı şəhərlərinin sakinləridir.
Onların nə vaxt və harada terror aktı törətməyi planlaşdırdıqları barədə məlumat verilmir.