XƏBƏRLƏR / Dünya

ABŞ Fələstinin BMT tamhüquqlu üzvü olmasına imkan vermədi

Təhlükəsizlik Şurasının 12 üzvü, o cümlədən Rusiya və Çin lehinə səs verib

ABŞ Fələstinin BMT tamhüquqlu üzvü olmasına imkan vermədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsinə dair qətnamə layihəsinə səs verərkən veto hüququndan istifadə edib.

    Layihə Əlcəzair tərəfindən təqdim olunub. Təhlükəsizlik Şurasının 12 üzvü, o cümlədən Rusiya və Çin lehinə səs verib. İsveçrə və Böyük Britaniya bitərəf qaldı;

    ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud bildirib ki, buna səbəb Fələstin Muxtariyyətinin tələb olunan islahatları həyata keçirməməsidir.