XƏBƏRLƏR / Dünya

Nəvaz Şərif 4 illik sürgündən sonra Pakistana qayıdır

Bu barədə Geo TV məlumat yayıb

Nəvaz Şərif 4 illik sürgündən sonra Pakistana qayıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın sabiq baş naziri Nəvaz Şərif dörd illik siyasi sürgündən sonra ölkəyə qayıdır.

    Bu barədə Geo TV məlumat yayıb.

    Xəbərə görə, göyərtəsində siyasətçinin olduğu təyyarə Pakistanın hava məkanına daxil olub və İslamabada doğru hərəkət edir.

    Qeyd edək ki, Pakistan məhkəməsi keçmiş baş naziri Nəvaz Şərifə qarşı hökumətin müddətsiz həbs qərarını oktyabrın 24-dək dayandırıb.

    Sabiq baş nazir hökumətin hədiyyə anbarı vasitəsilə qanunsuz olaraq bahalı avtomobillər əldə etməkdə ittiham edilir.

    Ona məhkəmə işi ilə bağlı iclasa könüllü gəlmək imkanı verilib. Qeyd olunub ki, Şərif müəyyən olunmuş müddətdə məhkəməyə gəlməsə, order yenilənəcək.