XƏBƏRLƏR / Dünya

Bəşər Əsəd bəyanat yayıb

Devrilmiş prezident Suriyanı necə tərk etdiyini açıqlayıb

Bəşər Əsəd bəyanat yayıb
Bəşər Əsəd
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Suriyanın keçmiş prezidenti Bəşər Əsəd 8 dekabr, səhər saatlarınadək Dəməşqdə olub.

    Bu barədə bu gün onun adından paylaşılan bəyanatda bildirilir.

    B. Əsəd bəyanatında qeyd edib ki, onun nə istefa vermək, nə də ölkəni tərk etmək planı olub: “Dekabrın 8-i, səhər saatlarınadək mən Dəməşqi tərk etməmişəm, belə bir planım ümumiyyətlə olmayıb. Mən Hmeymimdəki hərbi bazaya gedərək fəaliyyətimi orada davam etdirmişəm. Ordu qüvvələri mövqelərini itirdikdən sonra Rusiya tərəfi hərbi bazanın rəhbərliyinə məni dərhal Moskvaya təxliyə etməklə bağlı müraciət göndərib”.

    Sabiq prezident bəyanatında paytaxtın yaraqlılar tərəfindən ələ keçirilməsi barədə Dəməşqdən çıxdıqdan sonra xəbər tutduğunu deyib. O, terrorçuların ələ keçirdiyi ölkədə prezident olaraq qalmağı mənasız hesab edib.