XƏBƏRLƏR / Dünya

İsrail Qəzza zolağı ətrafında fövqəladə vəziyyət elan edib

Bu barədə yerli “The Times of Israel” onlayn nəşri yazıb

İsrail Qəzza zolağı ətrafında fövqəladə vəziyyət elan edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Qəzza zolağı ətrafında fövqəladə vəziyyət elan edib.

    Bu barədə yerli “The Times of Israel” onlayn nəşri yazıb.

    Nəşrin yazdığına görə, İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağı ətrafında 80 km radiusda yerləşən ərazilərdə fövqəladə vəziyyət elan edib. Bu zonaya Tel-Əviv və Beerşeba kimi böyük şəhərlər daxildir.

    Xatırladaq ki, bu gün səhər saatlarından etibarən İsrailə raket hücumu davam edir. Nəticədə bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Yerusəlim, Tel-Əviv və Beerşeba da daxil olmaqla bir sıra böyük şəhərlərdə hava həyəcanı siqnalı işə düşüb.

    Bu səbəbdən İsrail ordusu döyüşə hazır vəziyyətə gətirilib.