İlham Əliyev və başqa prezidentlər Budapeştdə toplaşacaq
Macarıstanda avqustun 20-də dövlətin yaranmasının milli bayramı - Müqəddəs Stefan Günü qeyd olunur
Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistan prezidentləri həftəsonu Budapeştə səfər edəcəklər, Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Bosniya və Herseqovina prezidentinin və Çexiya, Avstriya və Sloveniyanın keçmiş baş nazirlərinin də gəlişi gözlənilir.
Görüşlərin əsas mövzuları enerji təhlükəsizliyi, Ukraynadakı vəziyyət və qeyri-qanuni miqrasiya ilə mübarizə olacaq.
Macarıstanda avqustun 20-də dövlətin yaranmasının milli bayramı - Müqəddəs Stefan Günü qeyd olunur.