XƏBƏRLƏR / Dünya

Fransanın Baş naziri S.Lekornu istefa verib YENİLƏNİB

Bu barədə "Le Mond" qəzeti məlumat verir

Fransanın Baş naziri S.Lekornu istefa verib YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:06

    Bu gün istefa verən Fransanın Baş naziri Sebastian Lekornu istefasının səbəbləri ilə bağlı açıqlama verib.

    Bu barədə xarici media məlumat verir.

    O, ölkədə əsas idarəetmə prinsiplərinə riayət olunmadığı şəraitdə hökumətə başçılıq edə bilməyəcəyini deyib.

    Siyasətçi onun vəzifədə qalmasını qeyri-mümkün edən üç əsas səbəbi qeyd edib:

    "Birincisi, siyasi partiyalar konstitusiyanın parlamentdən yan keçməklə qərarların qəbul edilməsinə imkan verən 49.3-cü maddəsinin tətbiqindən imtinanın səbəb olduğu dərin uçuruma və dəyişikliklərə çox vaxt məhəl qoymur.

    İkincisi, partiyalar elə davranırdılar ki, sanki Milli Assambleyada mütləq çoxluğa malik idilər.

    Üçüncüsü, hökumətin tərkibi "kifayət qədər çevik olmadı" və partiyaların gələcək prezident seçkiləri ilə bağlı ambisiyalarının artmasına səbəb oldu".

    ***

    12:19

    Fransanın Baş naziri Sebastian Lekornu istefa verib.

    O, bir aydan az müddətə Fransa hökumətinin başçısı vəzifəsində çalışıb. “Le Monde” Yelisey sarayından verilən açıqlamaya istinadən xəbər verir ki, prezident Emmanuel Makron Lekornunun istefasını qəbul edib.

    Sentyabrın 9-da vəzifəyə təyin olunan Lekornu oktyabrın 5-i, bazar günü hökumətinin bir hissəsini təqdim etdikdən sonra müxalifət və sağçı qüvvələrin tənqidi ilə üzləşib. O, çərşənbə axşamı Milli Assambleyaya ümumi siyasət bəyanatı verməli idi.

    Qeyd edək ki, Fransada bu, bir ildən çox əvvəl keçirilən son parlament seçkilərindən sonra istefa verən dördüncü baş nazirdir.

    Onların hər biri hökumətə nə qədər müddət rəhbərlik edib?

    • Qabriel Attal – 9 yanvar - 16 iyul 2024-cü il tarixlərində baş nazir. Fransa tarixində ən gənc baş nazir, o zaman onun 34 yaşı var idi.
    • Mişel Barnier – 5 sentyabr 2024-cü ildə təyin edilib. 73 yaşlı məmur dekabrın 4-də etimadsızlıq səsverməsindən sonra istefa verib.
    • Fransua Bayrou – vəzifəyə gələndə 73 yaşında idi. mərkəzçi. 13 dekabr 2024-cü ildə Barnier dəyişdirildi.
    • Sebastien Lecornu – 2025-ci il sentyabrın 9-dan oktyabrın 6-dək. 39 yaşlı Lekornu 27 gün hakimiyyətdə olub, bu, Fransanın baş nazirinin ən qısa müddəti olub.