Ekvadorda prezidentliyə namizəd öldürüldü VİDEO
Fernando Villavisensio bir müddət əvvəl narkotik qaçaqmalçıları tərəfindən təhdid edildiyini açıqlamışdı
Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensio öldürülüb.
O, prezident seçkiləri ərəfəsində naməlum şəxslər tərəfindən güllələnib.
Siyasətçi paytaxt Kitoda keçirilən tədbirdən sonra şəxsi avtomobilində hücuma məruz qalıb. Məlumata görə, onun başına üç güllə dəyib.
Ekvador prezidenti Gilyermo Lasso da Villavisensionun ölüm xəbərini təsdiqləyib. O, "şok və qəzəb" içində olduğunu və hücumun cəzasız qalmayacağını bildirib.
Son məlumata görə, Ekvador prezidentliyinə namizəd Fernando Villavisensionu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Onun təhlükəsizlik qüvvələrinin açdıqları atəş nəticəsində yaralandığı bildirib.
Lakin Prokurorluğun ağır cinayətkarlıqla mübarizə şöbəsinə aparılan şəxs orada ölüb.
Qeyd edək ki, Ekvadorda prezident seçkiləri avqustun 20-də keçiriləcək. Villavisensio seçki kampaniyasında narkotik kartellərinə qarşı mübarizə aparacağını bildirirdi. O, bir müddət əvvəl narkotik qaçaqmalçıları tərəfindən təhdid edildiyini açıqlamışdı.