12:40
Avropa diplomatiyasının sabiq rəhbəri Federika Moqerini, Avropa Xarici Siyasət Xidmətinin keçmiş baş katibi Stefano Sannino və Çezare Dzeqretti Aİ-nin diplomatik xidmətindəki korrupsiya işinin araşdırılması çərçivəsində onlara rəsmi ittihamlar irəli sürüldükdən sonra sərbəst buraxılıblar.
Bu barədə "La Repubblica" qəzeti yazıb.
"Belçika cinayət polisi tərəfindən dindirildikdən sonra hər üç şəxsə qarşı satınalmalar sahəsində dələduzluq və korrupsiya, maraqların toqquşması və peşə sirrinin açıqlanması ilə bağlı ittihamlar irəli sürülüb. Onlar qaçma və ya istintaqa müdaxilə riski olmadığı üçün sərbəst buraxılıblar", - nəşr yazıb.
Həmin şəxslər səlahiyyətli Belçika məhkəmələri tərəfindən günahları sübuta yetirilənə qədər günahsız sayılırlar.
***
11:29
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq ali nümayəndəsi Federika Mogerini 2 dekabr axşamı saxlanıldıqdan sonra bu gün sərbəst buraxılıb.
Bu barədə AGI agentliyi məlumat yayıb.
Qeyd edək ki, Federika Mogerini Brüsseldə Avropa İttifaqı qurumlarında korrupsiya, mənimsəmə və digər şübhəli məqamlarla bağlı Belçika polisi tərəfindən aparılan araşdırma çərçivəsində saxlanılıb.
Federika Mogerini 2020-ci ildən bəri Avropa Kollecinin rektoru olaraq fəaliyyət göstərir.
Xatırladaq ki, polis Aİ-nin diplomatik xidmət korpusuna, Avropa Kollecinə və şəxsi evlərdə axtarış aparıb. Məqsəd Aİ nəzdində fəaliyyət göstərən orqanlarda mənimsəmə və korrupsiya ilə bağlı araşdırmanın aparılmasıdır.
1 dəqiqə