XƏBƏRLƏR / Dünya

Ekvadorda daha bir siyasətçi güllələnib

Bu barədə prezidentliyə namizəd Luis Qonzales məlumat verib

Ekvadorda daha bir siyasətçi güllələnib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ekvadorun “Vətəndaş İnqilabı” müxalifət hərəkatının üzvü Pedro Brionesi Esmeraldas əyalətində güllələnib.

    Bu barədə prezidentliyə namizəd Luis Qonzales məlumat verib.

    "Ekvador öz tarixinin ən qanlı dövrünü yaşayır. Zorakılıq dalğasının qurbanı olan Pedro Brionesin ailəsibə başsağlığı verirəm.

    Siyasətçi hazırkı hökuməti Ekvadorda təhlükəsizlik vəziyyətini pisləşdirməkdə ittiham edib.

    “Expreso” qəzetinin yazdığına görə, ilkin məlumatlara görə, Briones ondan pul tələb edən dəstə üzvləri tərəfindən öldürülüb. Polis araşdırma aparır.

    Qeyd edək ki, avqustun 10-da Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensio seçkiqabağı görüşdən sonra naməlum şəxslər tərəfindən öldürülüb. Hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan olunmuşdu.