İran ərazisinə ən yaxın olan İsrail səfirliyi açılacaq
İsrailin XİN rəhbəri Eli Koenin Türkmənistana səfəri zamanı səfirliyin açılışında iştirak edəcək.
İsrail İrandan 30 km aralıda Türkmənistanda səfirlik açacaq.
Xarici işlər naziri Eli Koenin qısa müddət ərzində Orta Asiyada İranla uzun sərhədi olan Türkmənistana səfər edərək ölkənin paytaxtı Aşqabadda İsrailin daimi səfirliyini rəsmi olaraq açması gözlənilir. Səfirlik İsrailin İran sərhədinə ən yaxın rəsmi nümayəndəliyi olacaq.
Koenin Türkmənistana səfəri və səfirliyin açılması İrana İsrailin regionda real və artan təsirə malik olduğunu aydınlaşdırmaq məqsədi daşıyır. (Caliber)