XƏBƏRLƏR / Dünya

Suriyanın keçid hökumətinə Riyad Hicab rəhbərlik edəcək

Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb

Suriyanın keçid hökumətinə Riyad Hicab rəhbərlik edəcək
Riyad Hicab
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq.

    Bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

    Məlumata görə, R.Hicab 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın Baş naziri olub. Bundan əvvəl o, 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifələrini tutub.

    R.Hicab 2012-ci il avqustun 6-da istefaya göndərilib, bundan sonra ailəsi ilə birlikdə İordaniyaya köçüb.