Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In Çinin sərhəd şəhəri Danduna gəlib.
Bu barədə bu gün "Yonhap" agentliyinə hökumətdəki mənbə məlumat verib.
Səfər iki ölkəni birləşdirən Yalu çayı üzərindəki yeni açılmış körpü vasitəsilə həyata keçirilib.
Digər təfərrüatlar açıqlanmır.
Bu, onun 2025-ci ilin sentyabrında Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində Qələbəsinin 80 illiyi münasibətilə Pekində keçirilən və Çin Sədri Si Cinpinlə ali səviyyədə görüş keçirdiyi hərbi paradda iştirakından sonra bu ölkəyə ilk səfəridir.
1 dəqiqədən az