Tunis prezidenti İrana ilk dəfə səfər edib
Kays Sayid helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətlə vida mərasimində iştirak edir
Tunis Prezidenti Kays Sayid Tehrana tarixi səfər edib. Bu, Tunis liderinin İrana ilk səfəridir.
“Tehran Times” saytı xəbər verir ki, Kays Sayid helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətlə vida mərasimində iştirak edir.
Qeyd edək ki, Prezident Sayid iranlı həmkarı ilə çoxsaylı sammitlər çərçivəsində görüşüb, İran və Tunis arasında əməkdaşlığı genişləndirmək və əlaqələri gücləndirmək barədə razılıq əldə olunub.