Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək
Bu barədə Bukinqem sarayı məlumat yayıb
Böyük Britaniya Kralı III Çarlz növbəti həftədən etibarən ictimai vəzifəsinə davam edəcək.
Bu barədə Bukinqem sarayı məlumat yayıb. Bildirilib ki, Kralın xərçəng xəstəliyindən müalicəsi hazırda davam edir və həkimlər onun səhhətindəki irəliləyişdən kifayət qədər məmnundurlar. Buna görə də, o, növbəti həftədən etibarən ictimai vəzifəsinə davam edə biləcək.
Məlumatda bildirilib ki, Kral və Kraliça Kamilla aprelin 30-da Londonda xərçəng xəstəliyi ilə müalicə mərkəzini ziyarət edəcək. Həmçinin o, iyun ayında Yaponiya İmperatorunu qəbul edəcək.
Həkimlər Kralın müalicəsinin nə qədər davam edəcəyi haqqında məlumat verməyiblər.