İslam Kərimovun qızının Londondakı əmlakları müsadirə olundu
Bu barədə Böyük Britaniyanın "Serious Fraud Office" (SFO) qurumu məlumat yayıb
Böyük Britaniyada Özbəkistanın keçmiş dövlət başçısı İslam Kərimovun (30 yanvar 1938 – 2 sentyabr 2016) qızı Gülnarə Kərimovaya məxsus 25 milyon dollar dəyərində əmlak müsadirə edilib.
Bu barədə Böyük Britaniyanın "Serious Fraud Office" (SFO) qurumu məlumat yayıb.
Müsadirə olunmuş əmlaklara Londonun prestijli Belgravia rayonunda yerləşən 2 mənzil və Surreydəki malikanə daxildir.
Qeyd edək ki, Gülnarə Kərimova 2019-cu ildən həbsdədir. O, cinayətkar qrup yaratmaq, dələduzluq, mənimsəmə və digər cinayətlərdə ittiham olunaraq 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.