XƏBƏRLƏR / Dünya

Bolqarıstan sonuncu çara təzminat ödəyəcək

Bu barədə hökumətin informasiya xidməti məlumat yayıb

Bolqarıstan sonuncu çara təzminat ödəyəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bolqarıstan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə ölkənin sonuncu çarı və keçmiş baş naziri, II Simeona təzminat ödəməyə qərar verib.

    Bu barədə hökumətin informasiya xidməti məlumat yayıb.

    Bundan əvvəl AİHM “II Simeon Bolqarıstana qarşı” işinə baxıb və ölkənin sonuncu monarxının mülkiyyət hüquqlarının bir neçə müddəa üzrə pozulduğunu aşkar edərək, ona 1,635,875 avro məbləğində təzminat ödəməyə göstəriş verib.

    Son Bolqarıstan kralı ilə ölkə hakimiyyəti arasında hüquqi mübarizə 10 ildən artıq davam edib. Yanvar ayında Sofiya məhkəməsi Rila dağlıq bölgəsində bir neçə yüz hektar ərazini və 66 daşınmaz əmlakı II Simeonun əmlakı kimi tanıyıb.

    II Simeon 1943-cü ildə altı yaşında ikən kral elan edilib. 1946-cı ildə referendumdan sonra Bolqarıstan Xalq Respublikası elan edildi, monarxiya ləğv edildi və kral ailəsi tələsik ölkəni tərk etdi.