XƏBƏRLƏR / Dünya

Bosniyalı serb general Ratko Mladiç həbsxanada ölüb

Bu barədə "Reuters" xəbər verir

Bosniyalı serb general Ratko Mladiç həbsxanada ölüb
Bosniya serb generalı Ratko Mladiç 13 aprel 1993-cü ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki hava limanında görüşdən çıxır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bosniyada 1992-95-ci illər müharibəsi zamanı törətdiyi soyqırım və digər hərbi cinayətlərə görə ömürlük həbs cəzası çəkən bosniyalı serb general Ratko Mladiç ölüb.

    Bu barədə "Reuters" xəbər verir.

    Mladiç Haaqada BMT-yə məxsus cəzaçəkmə müəssisəsində 85 yaşında ölüb.

    Qeyd edək ki, 16 il gizlənən Ratko Mladiçin yeri 2011-ci ildə aşkarlanıb. O, Haaqaya ekstradisiya edilib və 2017-ci ildə soyqırımı, müharibə cinayəti və bəşəriyyətə qarşı cinayətdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

    Ratko Mladiç 1992–1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Bosniya serblərinin ordusuna rəhbərlik edib. 1995-ci il iyulun 11-də serb qüvvələrinin Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsaya daxil olmasından sonra şəhərdə və ətraf ərazilərdə bosniyalı müsəlmanlara qarşı kütləvi qətllər törədilib. Bir neçə gün ərzində 8 372 bosniyalı mülki şəxs öldürülüb, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb.

    2007-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi tanıyıb.