Çinin 2 keçmiş müdafiə naziri ölüm hökmünə məhkum edilib
Bu barədə "Reuters" agentliyi məlumat yayıb
Çinin iki keçmiş müdafiə naziri Vey Fenqe və Li Şanqfu külli miqdarda rüşvət almaqda təqsirli bilindikdən sonra edam cəzasına məhkum ediibilər.
Hökm iki il müddətinə təxirə salındı. Məhkəmə həmçinin onları ömürlük siyasi hüquqlarından məhrum etdi və bütün əmlaklarını müsadirə edib.
Qeyd olunur ki, hər iki məmur əvvəllər 2024-cü ildə "ciddi intizam pozuntularına" görə hakim Kommunist Partiyasından xaric ediliblər.
Reuters qeyd edir ki, bu termin Çində korrupsiya cinayətləri üçün evfemizm kimi istifadə olunur.
Qeyd olunur ki, Çin hüquq praktikasında məhkum edilmiş şəxs müəyyən edilmiş müddət ərzində yeni cinayətlər törətmədikdə, şərti ölüm hökmü ümumiyyətlə ömürlük həbs cəzası ilə əvəz edilə bilər.
1 dəqiqədən az