XƏBƏRLƏR / Dünya

Trampın qəbulunda atəş açılıb VİDEO

YENİLƏNİR

Trampın qəbulunda atəş açılıb VİDEO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 10:37

    Ağ Ev Müxbirləri Assosiasiyasının tədbirində baş verən atışmadan sonra saxlanılan 31 yaşlı Kol Tomas Allen ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı vəzifəli şəxslərə hücum etməyi planlaşdırdığını etiraf edib.

    VİDEO

    "CBS News" xəbər verir ki, ixtisasca müəllim olan Koul Allen müstəntiqlərə bildirib ki, hədəfi prezident administrasiyasında çalışan məmurlar olub.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib.

    ***

    10:07

    ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxsə qarşı hansı ittihamın irəli sürüləcəyi məlum olub.

    Bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.

    Qeyd edilib ki, şübhəli şəxs odlu silahdan istifadə etməklə ABŞ Məxfi Xidmətinin əməkdaşına hücumda ittiham olunacaq.

    Donald Tramp şübhəli şəxsin Məxfi Xidmətin zabitlərindən birinə yaxın məsafədən atəş açdığını bildirib. Qeyd edib ki, zabit xəsarət alsa da, zirehli geyim onu xilas edib, hazırda durumu yaxşıdır.

    ***

    08:07

    ABŞ Prezidenti Donald Tramp şənbə günü ABŞ paytaxtındakı bir oteldə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulundan təhlükəsizlik insidenti səbəbindən təxliyə edilib.

    Canlı yayım görüntülərinə görə, zalda güclü partlayışlar baş verib, ardınca xaos yaşanıb.

    Məxfi Xidmət agentləri prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceyms Devid Vensi və Ağ Evin mətbuat katibi Kerolayn Livitti səhnədən müşayiət ediblər.



    Baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

    Bu barədə "New York Post" qəzetinin jurnalisti Kerol Markoviç öz “Facebook” səhifəsində məlumat verib.

    "Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxs Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir və hazırda saxlanılıb", - o yazıb.

    "Axios" şübhəlinin ov tüfəngi ilə silahlandığını və təhlükəsizlik baryerindən keçmək istədiyini yazıb.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp öz "Truth" hesabında həmin şəxsin fotosunu yayıb.