İki həftə ərzində 85 mindən çox insan Əfqanıstana qayıdıb
Məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı yayıb
Beynəlxalq Miqrasiya Təşkilatının (BMQT) verdiyi məlumata görə, 24 may - 6 iyun tarixləri arasında qonşu İran və Pakistandan Əfqanıstana 85.420 nəfər qayıtdığını açıqlayıb.
Bu barədə "Sinxua" xəbər verib.
Hesabata görə, bu müddət ərzində Əfqanıstana İrandan təxminən 44.596, Pakistandan isə 40.824 nəfərin qayıddığı bildirilir.
Hesabatda deyilir ki, sərhədyanı əhali hərəkətlərini izləyən BMQT ölkəyə gələn həssas vəziyyətdə olan geri dönənlərə humanitar yardım və müdafiə xidmətləri göstərməyə davam edir.
Əfqanıstanda son illərdə iqtisadi çətinliklər və regional miqrasiya tendensiyaları fonunda geri dönənlərin sayının davamlı artması müşahidə olunub.
1 dəqiqədən az