XƏBƏRLƏR / Dünya

Cənubi Koreyada ölkə Prezidenti barədə həbs qərarı

Bu barədə "Yohhap" agentliyi xəbər yayıb

Cənubi Koreyada ölkə Prezidenti barədə həbs qərarı
Yun Sok Yol
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cənubi Koreya məhkəməsi dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış ölkə Prezidenti Yun Sok Yol barəsində həbs və axtarış qərarı verib.

    "Yohhap" xəbər verir ki, bu barədə Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat yayıb.

    “İdarə təsdiq edir ki, həbs və axtarış qərarı dekabr ayının 31-də çıxarılıb və bu barədə ərizə İdarə tərəfindən Yun Sok Yol barəsində verilib”, - qurumdan bildirilib.