Kubanın ABŞ-dakı səfirliyinə hücum olub
Bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dakı diplomatik missiyasına ikinci hücumdur
Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki “molotov kokteyl”i atıb.
Bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla “X” sosial hesabında yazıb.
“Kubanın ABŞ-dakı səfirliyi iki “molotov kokteyl”i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - deyə nazir bildirib.
Diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dakı diplomatik missiyasına ikinci hücumdur.