XƏBƏRLƏR / Dünya

Dövlət Duması SSA Müqaviləsində iştirakı dayandırdı

Bu barədə Federal Məclisə müraciyətində prezident Vladimir Putinn elan etmişdi

Dövlət Duması SSA Müqaviləsində iştirakı dayandırdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Federasiyasının Dövlət Duması Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandıran qanunu yekdilliklə qəbul edib.

    Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları arasında Strateji hücum Silahlarının Azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında Müqavilə, START III.
    Müqavilə prezidentlər Dmitri Medvedev və Barak Obama tərəfindən 2010-cu il aprelin 8-də Praqada imzalanmış və 2009-cu ilin dekabrında müddəti başa çatmış START I müqaviləsini və 24 may 2002 tarixli Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini əvəz edərək, 5 fevral 2011-ci ildə qüvvəyə minmişdir.  

    Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə 5 il müddətinə uzadılmaq imkanı ilə 10 il müddətinə nəzərdə tutulmuşdur.

    2021-ci il yanvarın 27-də Dövlət Duması və Federasiya Şurası Rusiya ilə ABŞ arasında START-ın 2026-cı il fevralın 5-dək uzadılmasına dair sazişi ratifikasiya edib. Yanvarın 29-da prezident Putin START müddətinin uzadılması haqqında qanunu imzaladı və fevralın 3-də saziş qüvvəyə minib.

    21 fevral 2023-cü ildə Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın müqavilədə iştirakını dayandırdığını elan etdi.