XƏBƏRLƏR / Dünya

Afrika Fransanın "mitil"ini qitədən bayıra atır

Artıq Afrikanın səkkiz ölkəsi Fransa şirkətləri və hərbi bazalarını ərazidən qovur

Afrika Fransanın "mitil"ini qitədən bayıra atır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qabonda hərbi qruplaşma hakimiyyəti ələ keçirərək, ötən şənbə günü keçirilən prezident seçkilərinin nəticələrini ləğv edib və küçələrdə əsgərləri alqışlayan vətəndaşları evlərinə getməyə dəvət edib.

    Uğurlu olarsa, çevriliş Qərbi və Mərkəzi Afrikada 2020-ci ildən bəri səkkizinci olacaq.

    Xatırladaq ki, cəmi bir ay əvvəl Nigerdə ​​hərbi çevriliş baş verib.

    2022-ci ildə Burkina Fasoda iki dövlət çevrilişi, eləcə də Qvineya-Bisau, Qambiya və San-Tome və Prinsipi ada dövlətində uğursuz çevriliş cəhdləri olub.

    Qeyd edək ki, hakimiyyət dəyişiklikləri Fransanın Afrikada müstəmləkə siyasətinə qarşi süarlar altında keçir.

    Afrikada məğlub olan rəsmi Paris, deyəsən, Cənubi Qafqazda revanş almaq fikirindədir. Fransa kapitalının ən böyük həcmi Azərbaycana "Total Energies" neft şirkəti tərəfindən qoyulub.