Sinqapurun Baş naziri Lourens Vonq dünyada ən çox maaş alan ölkə lideridir. O, ildə təxminən 1,69 milyon dollar qazanır.
Bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məlumata görə, siyahıda ikinci yerdə ildə təxminən 570 min dollar maaş alan İsveçrə Prezidenti Viola Amherd qərarlaşıb. Üçüncü yeri Avstraliyanın Baş naziri Entoni Albanez (413 min dollar), dördüncü yeri ABŞ Prezidenti Co Bayden (400 min dollar) tutub.
Onların ardınca Avstriya Kansleri Karl Nehammer, Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson, Kanadanın baş naziri Castin Trüdo və Almaniya Kansleri Olaf Şolts gəlir.