XƏBƏRLƏR / Dünya

ABŞ-ın Dövlət katibi Blinken Ankarada urvatsız qarşılandı

“TRT Haber” xəbər verir

ABŞ-ın Dövlət katibi Blinken Ankarada urvatsız qarşılandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib.

    Blinkeni Fələstin-İsrail münaqişəsində yanaşmasına görə tənqid edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt açıqlamalarından sonra amerikalı diplomat Türkiyə torpaqlarında hədsiz təmkinlə qarşılanıb. ABŞ dövlət katibini Ankara hava limanında paytaxt qubernatorunun müavini Namiq Kamal Nazlı və ABŞ-ın Türkiyədəki səfiri qarşılayıb.

    “TRT Haber” xəbər verir ki, Hakan Fidan ilə Antoni Blinken arasında noyabrın 6-da baş tutacaq rəsmi danışıqlarda Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.