XƏBƏRLƏR / Dünya

Bayden vida nitqində nədən danışıb?

Bir neçə gündən sonra Co Baydenin ABŞ Prezidenti səlahiyyətləri bitir

Bayden vida nitqində nədən danışıb?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bayden vida nitqində hakiiyyət dövründəki uğurlarına və bir sıra məsələlərə toxunub:

    - “Əsas Qanun dəyişdirilməlidir ki, heç bir prezident vəzifədə olarkən törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmasın. Prezidentin səlahiyyətləri qeyri-məhdud deyil”.
    Baydenin çıxışından:

    - ABŞ-da Amerika demokratiyasını təhdid edən “həddindən artıq zənginlik, güc və təsir oliqarxiyası” yaranır.

    - “Sosial şəbəkələr faktları yoxlamaqdan imtina edir. Həqiqət, güc və mənfəət naminə yalanlarla ört-basdır edilir. Biz uşaqları, ailələri və demokratiyanın özünü hakimiyyətdən sui-istifadədən qorumaq üçün sosial media şirkətlərini məsuliyyətə cəlb etməliyik”.

    - İsrail və Fələstin arasında barışıq planı hazırlayan və razılaşan Bayden komandası idi. Bayden NATO-nu gücləndirdi və "Ukraynanı azad" saxlaya bildi.

    - ABŞ rəqabətli mübarizədə Çini qabaqlamağı bacardı. Süni intellekt sahəsində lider Pekin deyil, Vaşinqtondur.

    - Hakimiyyəti dövründə NATO-nu gücləndirdi və Ukraynanın azadlığını qorudu.

    - Trampın hakimiyyətin sülh yolu ilə ötürülməsini təmin etdiyini bildirib və ona və komandasına uğurlar arzulayıb.