Rebeka Qrinspan BMT-nin ilk qadın baş katibi ola bilər
Bu barədə "The Guardian" qəzeti məlumat yayıb
"The Guardian" qəzetinin məlumatına görə, Kosta Rikadan olan Rebeka Qrinspan BMT-nin ilk qadın baş katibi ola bilər.
BMT Təhlükəsizlik Şurasının ilkin səsverməsində o, 10 lehinə, dördü bitərəf və bir səs əleyhinə səs alıb. Onun ən yaxın rəqibi, Qayananın keçmiş daimi nümayəndəsi doqquz lehinə səs alıb.
Hazırkı baş katib António Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır. Rotasiya sisteminə əsasən, onun varisi Latın Amerikasını təmsil edəcək. Seçki nəticələrinin oktyabr ayında açıqlanması gözlənilir.
1 dəqiqədən az