XƏBƏRLƏR / Dünya

Yeddi ölkənin vətəndaşlarının ABŞ-a girişi qadağan edilib

ABŞ Prezidenti Donald Tramp müvafiq fərman verib

Yeddi ölkənin vətəndaşlarının ABŞ-a girişi qadağan edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarının ölkəyə girişinə tam qadağa qoyub.

    Bu barədə ABŞ Prezidenti Donald Trampın Ağ Evin saytında yerləşdirilən fərmanında deyilir.

    Sənədə əsasən, həmçinin 15 ölkənin - Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominikan, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve vətəndaşlarına vizaların verilməsinə qismən məhdudiyyətlər tətbiq edilir.

    Fərmanda bildirilir ki, ABŞ Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulan qadağanı ləğv edib, lakin bu ölkə vətəndaşlarının immiqrant kimi ölkəyə girişinin dayandırılması qüvvədə saxlanılıb.