XƏBƏRLƏR / Dünya

Azərbaycan və Ermənistan baş nazirləri Tbilisiyə gedirlər

Gürcüstanın paytaxtında IV Beynəlxalq İpək Yolu Forumu keçiriləcək

Azərbaycan və Ermənistan baş nazirləri Tbilisiyə gedirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidə keçiriləcək IV Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcəklər.

    Bu barədə tədbirin rəsmi saytında məlumat verilib.

    Forum 26-27 oktyabr tarixlərində baş tutacaq.

    Forumun gündəliyinə əsasən, ilk gün açılış nitqi ilə Ermənistanın baş naziri Paşinyan, ardınca isə Azərbaycanın Baş naziri Əli Əsədov çıxış edəcək.