XƏBƏRLƏR / Dünya

Tramp sabah xalqa müraciət edəcək

ABŞ Prezidenti bu barədə öz “Truth” hesabında məlumat verib

Tramp sabah xalqa müraciət edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Tramp 17 dekabr axşamı (Bakı vaxtı ilə 18 dekabr saat 04:00) Ağ Evdən xalqa müraciət etmək niyyətində olduğunu açıqlayıb.

    Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

    “Əziz amerikalılar, sabah axşam ölkəyə müraciətlə çıxış edəcəyəm. Çıxış Ağ Evdən canlı yayımla ABŞ-ın Şərq sahili vaxtı ilə saat 21:00-da olacaq. Bu, ölkəmiz üçün möhtəşəm bir il oldu və ən yaxşısı hələ qarşıdadır”, - deyə o yazıb.

    Tramp çıxışının mövzusu ilə bağlı dəqiq məlumat verməyib.