Makron İran Prezidenti ilə telefon danışığı aparıb
Məlumatı BFMTV və "Tasnim" saytı yayıb
Fransa və İran prezidentləri Makron və Pezeşkian "Hizbullah" və İsrail arasında atəşkəsin təmin edilməsi yollarını müzakirə ediblər.
Pezeşkian fransalı həmkarından “digər Avropa ölkələri ilə birlikdə bütün səyləri göstərməyi və İsrailin cinayətlərini dayandırmağı” istəyib.
BFMTV və "Tasnim" xəbər verir ki, Makron, öz növbəsində, "İranın regiondakı oyunçuları sabitsizləşdirmək üçün təsirindən istifadə etmək məsuliyyətini vurğulayıb".