Rəisi Si Cinpin ilə görüşüb
Rəisinin Pekinə səfəri İran prezidentinin son 20 ildə ilk rəsmi səfəri hesab olunur
Çərşənbə axşamı günü Çin Xalq Respublikasının sədri Si Cinpin Ümumçin Xalq Nümayəndələri Konqresinin binasında İran prezidenti İbrahim Rəisini rəsmi şəkildə qarşılayıb.
Rəisinin Pekinə səfəri İran prezidentinin son 20 ildə ilk rəsmi səfəri hesab olunur.
Bildirilir ki, Raisinin səfər proqramına Çinin prezidenti, baş naziri və Ümumçin Xalq Nümayəndələri Konqresinin sədri ilə görüş və əməkdaşlıq haqqında sənədlərin imzalanması daxildir.
İRNA-nın hökumət müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikası və Çinin hakimiyyət orqanları böhranların idarə olunması, turizm, rabitə və informasiya texnologiyaları, ətraf mühit, beynəlxalq ticarət, əqli mülkiyyət, kənd təsərrüfatı, ixrac, səhiyyə və müalicə, media, idman və mədəni irs sahələrində əməkdaşlıq anlaşmaları haqda sənədlər imzalayıblar.
Çin İranın ən böyük ticarət tərəfdaşıdır və İran Gömrüyünün 10 aylıq statistikasına əsasən, bu ölkə 12 milyard 600 milyon dollarla İranın əsas ixrac etdiyi ölkədir.