XƏBƏRLƏR / Dünya

"İran 12 gün ərzində atom bombası hazırlaya bilər"

Bu barədə Pentaqon nümayəndəsi bildirib

"İran 12 gün ərzində atom bombası hazırlaya bilər"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hazırda İran 12 gün ərzində atom bombası hazırlamaq üçün lazımi materiallar istehsal edə bilər. Bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal Nümayəndələr palatasının silahlı qüvvələr üzrə komitəsində dinləmələr zamanı deyib. “Biz nüvə proqramı üzrə sazişi tərk etdikdən sonra İran nüvə sahəsində nəzərəçarpacaq irəliləyişə nail olub”, - deyə Kolin Kal bildirib. Onun sözlərinə görə, sazişə qayıdış hamı üçün ən uyğun variantdır.

    Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (IAEA) məlumatına görə, ötən ilin noyabrından bəri İran 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatının həcmi 40 faiz artaraq 62,3 kiloqramdan 87,5 kiloqrama çatdırıb. Tehran, həmçinin yanvarın 22-də Fordo nüvə obyektindən götürülən nümunələrdə 83,7 faizə qədər zənginləşən hissəciklərin olduğunu təsdiqləyib.

    İranın nüvə proqramı üzrə saziş

    2015-ci ildə beynəlxalq vasitəçilərlə (Böyük Britaniya, Almaniya, Çin, ABŞ, Fransa, Rusiya) İran arasında nüvə proqramı üzrə saziş imzalanıb. Sənəd nüvə proqramının məhdudlaşdırılması müqabilində Tehranın üzərindən sanksiyaların götürülməsini nəzərdə tutur. 2018-ci ilin mayında ABŞ Prezidenti Donald Tramp nüvə sazişindən çıxaraq İrana qarşı birtərəfli sanksiyaları bərpa edib. Tehran isə buna cavab olaraq saziş çərçivəsində nüvə proqramının məhdudlaşdırılması üzrə öhdəliklərini azaltmağa başlayıb.

    ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden müəyyən şərtlərlə nüvə sazişinə qayıtmağa hazır olduğunu bildirib.